Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Ali məktəblərə qəbul planı artırılaraq 45159-a çatdırılıb

 

"2018-2019-cu tədris ili üçün bakalavr səviyyəsi üzrə qəbul planı təxminən 2303 yer (5,37 %) artırılaraq 45159-a çatdırılıb"


Yenixeber.org:  Bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, heç bir ixtisas qrupu üzrə qəbul planında azalma yoxdur: "İxtisas qrupları üzrə artım müxtəlifdir. Qəbul planı I ixtisas qrupunda 4%, II qrupda 3,5%, III qrupda 9%, V qrupda isə 8% artıb".
M.Abbaszadə əlavə edib ki, qəbul planında dövlət sifarişli yerlərin sayı 1,3 % artıb: "Bu da keçən illə müqayisədə 32 yer artım deməkdir. Müxtəlif artma o demək deyil ki, bütün universitetlərdə plan yerlərinin sayı artıb. Misal olaraq, Azərbaycan Tibb Universitetində plan yerlərinin 26 % azalıb. Müəyyən universitetlərdə isə yeni ixtisaslar açılaraq plan yerlərinin sayı artıb".
Direktorlar Şurasının sədri vurğulayıb ki, 9 illik bazadan kolleclərə qəbul planı 5% (572 yer) azalıb, 11 illik orta təhsil bazadan isə qəbul planı ötən ilə nisbətən 21% artıb: "11 illik bazadan kolleclərə qəbul planı 9 687 yerdir. Keçən il isə bu rəqəm 8004 idi. Təxminən 1683 yer artıb".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam