Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Abituriyentlərin nəzərinə!

 

Abituriyentlərin nəzərinə!

 

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərə ixtisas seçimində kömək məqsədilə Dövlət İmtahan Mərkəzinin (DİM) regional bölmələrində, həmçinin Azərbaycan Universiteti və Qərbi Kaspi Universitetində yaradılan “Abituriyent məsləhət mərkəzləri” işlərini davam etdirir.

Yenixeber.org: DİM-dən verilən məlumata görə, məsləhət mərkəzlərində xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz kömək göstərirlər.

Abituriyentlər onları maraqlandıran suallarla bağlı “Abituriyent məsləhət mərkəzləri”nə müraciət edə bilərlər.

“Abituriyent məsləhət mərkəzləri” Bakı şəhəri üzrə Azərbaycan Universiteti, Qərbi Kaspi Universiteti, Dizayn və Memarlıq Məktəbi və Qərbi Kaspi Universitetinin kollecində, eləcə də Dövlət İmtahan Mərkəzinin regional bölmələrində həftənin 5 günü (şənbə və bazar günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək fəaliyyət göstərir.(qafqazinfo)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam