Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Bakı İslam Universitetinin tələbələri hara köçürüləcək?

    

Bakı İslam Universitetinin tələbələri hara köçürüləcək? - Açıqlama
Bakı İslam Universitetinin I kurs tələbələri Odlar Yurdu Universiteti, Bakı Biznes Universiteti, Bakı Avrasiya Universitetinin boş qalan plan yerlərinə köçürüləcək.


Yenixeber.org: Bu barədə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə məlumat verib.
DİM rəsmisi bildirib ki, ötən gündən başlayaraq tələbələlərlə görüşlər keçirilir: “Bakı İslamUniversitetində “Dinşunaslıq” və “İslamşunaslıq” ixtisasları üzrə qəbul aparılırdı. Təklif olunan ali təhsil müəssisələrində isə bu ixtisaslar yoxdur. Tələbələrin ballarına uyğun boş qalan ixtisaslar üzrə yerləşdirilmə həyata keçiriləcək. Yerləşdirmə bitdikdən sonra tələbələr təhsil alacaqları ixtisaslar üzrə təhsil haqqını ödəyəcəklər. Yəni, onlar Bakı İslamUniversitetinə ödənilən ödənişi geri götürüb, yenidən oxuyacaqları ixtisas üzrə təhsil haqqı verəcəklər”.

X.Xanlarzadə tələbələrlə görüşün və onların yerləşdirilməsinin bu gün başa çatacağını bildirib. 

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi təsisçisi olduğu Bakı İslam Universitetinə qəbulun dayandırılması ilə bağlı qərar qəbul edib. Qərara əsasən, Universitetin I kurs tələbələri digər ali təhsil müəssisələrinə köçürülür.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam