Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Yeni tələbə yataqxanaları istifadəyə veriləcək

Yeni tələbə yataqxanaları istifadəyə veriləcək
"Bu il 350 təhsil müəssisəsində yararsız qaz sayğacları yeniləri ilə əvəzlənəcək. 110 təhsil müəssisəsində isə yeni qaz xətləri çəkiləcək".
Yenixeber.org: Bunu Təhsil Nazirliyinin Əsaslı tikinti və təchizat idarəsinin şöbə müdirinin müavini Xəlil Qasımov media üçün təlimdə çıxışı zamanı deyib. 

Nazirlik rəsmisi qeyd edib ki, Azərbaycan Dövlət Sənaye Universitetinin 800 yerlik yeni yataqxanası artıq istismara hazırdır: "Yeni tədris ilində yataqxananın istifadəyə verilməsi planlaşdırılır. Bundan başqa, Gəncə Dövlət Universitetinin ümumi tutumu 792 yerlik üç yataqxanasının əsaslı təmir-tikinti işlərinə başlanılıb: 

"Gələn il Lənkəran Dövlət Universitetinin 156 yerlik yataqxanası istifadəyə veriləcək. Sumqayıt Dövlət Universitetinin 264 yerlik yataqxanasının əsaslı təmiri ilə bağlı layihə-smeta sənədləri hazırlanır". 

O əlavə edib ki, bu il 24 rayonda 3 520 şagird yerlik 50 modul tipli məktəb tikiləcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam