Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Gürcüstanda təhsilə yararsız Azərbaycan dilli məktəbdə- təmir işlərinə başlanılıb

 

Gürcüstanın Qardabani rayonunun Muğanlı kəndində illərdir təhsilə yararsız vəziyyətdə olan Azərbaycan dilli məktəbdə təmir-bərpa işlərinə başlanılıb.

Yenixeber.org: Bu barədə yerli bürosuna Qardabani rayonunun Sakrebulo sədrinin müavini Rəfi Orucov məlumat verib.

Onun sözlərinə görə, Muğanlı kənd məktəbinin təmir olunması rayonda səbirsizliklə gözlənilən layihə idi: “Məktəbin təmir-bərpa işlərinə dövlət büdcəsindən 305 min lari vəsait ayrılıb. Təmir işlərinin sentyabr ayının 10-na qədər başa çatdırılacağına zəmanət verilib”.

R.Orucov qeyd edib ki, təmir işləri zamanı təhsil ocağında mövcud ciddi çatışmazlıqlar və problemlər aradan qaldırılacaq.

Qeyd edək ki, Muğanlı kənd məktəbində 500-ə yaxın şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 60-a yaxın müəllim məşğul olur. Üçmərtəbəli təhsil müəssisəsi 40 ildən artıqdır istifadəyə verilsə də, bu günə qədər binada əsaslı təmir işləri aparılmayıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam