Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Gürcüstan -Azərbaycandakı yeni gürcüdilli məktəbə hədiyyə göndərib

Gürcüstan hökuməti Qax rayonunun Əlibəyli kəndində bu yaxınlarda inşa olunan gürcüdilli məktəbə hədiyyə göndərib.

Yenixeber.org: Bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Mərasimdə Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsalia, Gürcüstan səfiri Zurab Pataradze, Gürcüstanın Gəncə şəhərindəki baş konsulu Nikoloz İşavili və digər şəxslər iştirak ediblər.

Məktəblilərə verilən hədiyyələrə məktəb çantaları və ləvazimatları, idman geyimləri, xəritə və qlobuslar, gürcü yazıçılarının portretləri, bədii ədəbiyyat və digər kitablar daxil olub.

Z.Pataradzde məktəb rəhbərliyinə yüksək keyfiyyətlə nəşr olunan “Pələng dərisi geymiş pəhləvan” kitabını hədiyyə edib.

Gürcüstanın İctimai Televiziyasının çəkiliş qrupu tədbiri işıqlandırıb.

Aksiyanın həyata keçirilməsinə Gürcüstanın xarici işlər, təhsil, elm, mədəniyyət və idman nazirlikləri, həmçinin prezident administrasiyası dəstək göstərib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam