Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Müəllim işləmək istəyənlərin -nəzərinə!

 

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində müəllim işləmək istəyən namizədlər üçün işə qəbul prosesi həyata keçirilir.

Yenixeber.org:  Təhsil nazirliyindən saytımıza İnformasiya kommunikasiya texnologiyaları, avtomatlaşdırma, tikinti, mexanika, elektronika, elektrotexnika, sənaye quraşdırma və avtomobil ixtisasları üzrə təşkil edilən işə qəbul prosesi fevralın 28-dək davam edəcək.

Müəllim və ya müəllim köməkçisi işləmək istəyən namizədlər yuxarıda göstərilən ixtisaslar üzrə peşə və ya ali təhsilli olmalı, sənaye təcrübəsi, Azərbaycan, rus və ingilis dili biliklərinə malik olmalıdır.

Seçim zamanı peşə təcrübəsi olanlara üstünlük veriləcək.

Namizədlər CV-lərini yuxarıda qeyd olunan ixtisaslardan birini “Mövzu” hissəsində qeyd etməklə, [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Qeyd edək ki, ən son texnoloji imkanlara malik Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq, Koreya təhsil standartları əsasında qurulan müasir təhsil kompleksidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam