Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Karantini pozan şöbə müdirinə- - töhmət verildi

Karantini pozan şöbə müdirinə töhmət verildi
10 iyun 2020-ci il tarixdə, saat 12:00 radələrində Göyçay Rayon Təhsil Şöbəsinin müdiri İsmayılov Elnur Sıracəddin oğlu ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi qaydalarını pozaraq verilən qərar və əmrlərə laqeyd yanaşıb, Təhsil nazirinin 01 iyun 2020-ci il tarixli, F-273 nömrəli əmri ilə müəyyən edilmiş hər bir qurum üzrə struktur bölmələrin əməkdaşlarının məhdud sayda işə cəlb olunması tələbəni aşkar şəkildə pozaraq təqribən 60 nəfər rayon ümumi təhsil müəssisələrinin rəhbərlərinin və şöbə əməkdaşlarının iştirakı ilə iclas təşkil edib.
Yenixeber.org: Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qeyd edilənləri və Elnur İsmayılov barəsində tətbiq edilən sonuncu intizam tənbehindən (02.06.2020-ci il tarixli, 497 nömrəli əmr) nəticə çıxarmadığını nəzərə alaraq Göyçay Rayon Təhsil Şöbəsinin müdiri İsmayılov Elnur Sıracəddin oğluna Azərbaycan Respublikasının ərazisində koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi qaydalarını pozduğuna görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam