Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

İlham Əliyev -Zelenskini təbrik etdi

İlham Əliyev Zelenskini təbrik etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukraynanın Prezidenti Volodimir Zelenskiyə təbrik məktubu ünvanlayıb.
Yenixeber.org: Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Dost Ukraynanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu gün Azərbaycan Respublikası ilə Ukrayna arasındakı münasibətlər dinamik inkişaf yolundadır. İnanıram ki, ənənəvi dostluq əlaqələrimiz, qarşılıqlı faydalı əməkdaşlığımız bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq uğurla inkişaf edəcək və genişlənəcəkdir.

Dünyanın COVID-19 pandemiyası ilə üzləşdiyi bu çətin zamanda Azərbaycan xalqının dost Ukrayna xalqı ilə həmrəy olduğunu bildirmək istəyirəm.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost Ukrayna xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam