Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Livan ermənilərinin Ermənistana axını: həftədə iki reys həyata keçirilir

 

 Beyrutda baş vermiş partlayışdan sonra bu günə qədər Ermənistana 800-dən çox Livan ermənisi gəlib. 

Yenixeber.org: Erməni KİV-ləri xəbər verir ki, bu haqda diaspor işləri üzrə baş komissar Zare Sinanyan Yerevanda jurnalistlərə bildirib.

“Bu axın davam edir, hazırda bizdə həftədə iki dəfə Livandan Ermənistana reys həyata keçirilir. Bütün təyyarələr dolu gəlir”,-o deyib.

Xatırladaq ki, avqustun 4-də Beyrut limanında baş verən güclü partlayış şəhərdə böyük dağıntılara səbəb olub. Erməni daşnak qruplaşmaları bu hadisəni fürsət bilərək Livan ermənilərini Qarabağa, Azərbaycanın işğal edilmiş torpaqlarına yerləşdirmək planını həyata keçirməyə başlayıb. Ermənistana köçürülən livanlı ermənilərdən iki ailənin artıq Şuşada yerləşdirildiyi məlumdur. Qondarma “dqr prezidenti” Araik Arutyunyan Qarabağda qısa zamanda 150 livanlı erməni ailəsini yerləşdirməyə hazır olduqlarını bildirib.

Rəsmi Bakı Ermənistanın və dünya erməniliyinin livanlı erməniləri Qarabağda yerləşdirmək planlarına görə həmsədr dövlətlərdən, ATƏT-dən adekvat reaksiya gözləyir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam