Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Müşfiq Atakişiyev Esentukidə otel tikdirir

 

"Cəmil və Gur" adlanan həmin otellə bağlı qalmaqallı iddialar var 

"Xeberinfo.com":  Məlumata görə, Təfəkkür Universitetinin rektoru Müşfiq Atakişiyevin Rusiyada böyük biznesi olduğu və onun hazırda Esentuki şəhərində yeni otel inşasına başladığına dair məlumatlar yayılıb. JAM.AZ xəbər verir ki, həmin oteldə tikinti işləri başa çatmaqdadır.

Amma otelin adı da çox qəribədir. «Cəmil və Gur» adlandırılan otel kompleksinə niyə belə bir ad qoyulduğu məlum deyil. İlkin məlumatlara görə, Cəmil Müşfiq Atakişiyevin atasının adıdır və onun şərəfinə belə nəzərdə tutulub. Amma «Gur»un mənası bəlli deyil. 

Hərçənd Təfəkkür Universitetinin rektorunun qatı düşmənlərindən olan və aralarında təsisçilik məsələsindən dolayı qalmaqal yaşanan Riyad Əliyev iddia edir ki, guya, «Gur» sözü Qurgen deməkdir. Hətta onu da iddia edir ki, guya, Müşafiq Atakişiyev Esentukidə oteli erməni əsilli iş adamı Qurgenlə şərikli inşa etdirir. 

Bu məlumatın nə dərəcədə həqiqət olduğunu demək xeyli çətindir. Və bunun qəzəbdən deyilmiş bir fikir olduğu da istisna deyil. Amma onu da nəzərdən qaçırmaq olmaz ki, Azərbaycandan olan iş adamları arasında Rusiya və digər ölkələrdə ermənilərlə birgə biznes sahibi olduqları gizli məsələ sayılmır. Hərçənd Müşfiq Atakişiyevin belə bir risqə gedə biləcəyi o qədər real sayılmamalıdır. 

Qarşı tərəfi də dinləməyə hazırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam