Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Gürcüstanın müdafiə naziri -Azərbaycan səfirini qəbul edib

Gürcüstanın müdafiə naziri Azərbaycan səfirini qəbul edib

Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili Azərbaycanın bu ölkədəki səfiri Dursun Həsənovla vida görüşü keçirib.

Yenixeber.org: Bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.

Nazir azərbaycanlı diplomata iki ölkə arasında dostluq əlaqələrinin gücləndirilməsi və inkişafındakı xidmətlərinə görə təşəkkür edib.

Görüşdə Gürcüstanın Azərbaycanla strateji tərəfdaşlığının əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, bu tərəfdaşlıq bölgədə sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edir.

Tərəflər müdafiə sahəsində ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarına toxunublar, hərbi təhsil və təlim sahələrindəki əlaqələrin önəmliyini vurğulayıblar.

Sonda İ.Qaribaşvili D.Həsənova gələcək fəaliyyətlərində uğurlar arzulayıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam