Redaktor seçimi
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Günün xəbəri

İranda çempiona iki dəfə -ölüm hökmü çıxarılıb

İranda çempiona iki dəfə ölüm hökmü çıxarılıb

İranın ali məhkəməsi güləş üzrə milli çempionatın qalibi və mükafatçısı Nəvid Əfkari barəsində çıxarılan ölüm hökmünü təsdiqləyib.

Yenixeber.org: Onun iki qardaşı uzun müddətə azadlıqdan məhrum edilib. Qardaşlar müxalifət hərəkatında iştirakda ittiham olunurlar.

Onlar 2018-ci ilin yayında hökumət əleyhinə keçirilən etiraz aksiyalarında qruplaşmalar yaratmaqda, polisin ölümündə və həmin tədbirlərdə fəal iştirakda təqsirli biliniblər. Həmin vaxt ölkədəki iqtisadi vəziyyətin ağırlaşması kütləvi aksiyalar başlamasına səbəb olmuş, nümayişlər güc yolu ilə yatarılmışdı. 

Nəvid Əfkari barəsində 2 dəfə ölüm hökmü çıxarılıb. O, 6 ay azadlıqdan məhrum edilib və ona 74 şallaq cəzası kəsilib. Vahid Əfkari 54,5 il azadlıqdan məhrum edilib, 74 şallaqla cəzalandırılıb. Üçüncü qardaş Həbib Əfkariyə isə 27 il 3 ay iş və 54 şallaq cəzası kəsilib.

Nəvid Əfkari ona qarşı irəli sürülən ittihamları qəbul etməyib. O göndərdiyi məktubda işgəncəyə məruz qaldığını, istintaq zamanı təcrdixana əməkdaşlarının onu sellofan torba ilə boğduqlarını və boğazına alkoqollu spirt tökdüklərini bildirib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam