Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Serj Sarkisyanın səhhəti -pisləşdi

Serj Sarkisyanın səhhəti pisləşdi
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan kəskin respirator infeksiya səbəbindən məhkəmə iclasına gəlməyib.

Yenixeber.org: Bu barədə onun vəkili Amram Makinyan deyib. Vəkilin sözlərinə görə, Sarkisyanın vəziyyəti dünən gecə daha da pisləşib.
"Həkim onu müayinə edib və kəskin respirator infeksiyası diaqnozu qoyub. Vəziyyəti dəyişmir", - deyə Makinyan əlavə edib.

O, məhkəməyə keçmiş prezidentin diaqnozunu təsdiqləyən sənəd təqdim edib. Bildirib ki, Sarkisyana evdə müalicə təyin edilib.

Sabiq prezidentin iştirak etməməsi səbəbindən hakim Vahe Misakyan iclası təxirə salıb. Prokuror Arsen Martirosyan isə Sarkisyanın artıq neçənci dəfədir ki, iclasda iştirak etməməsindən narazılığını bildirib.

Növbəti məhkəmə iclası 22 oktyabr tarixinə planlaşdırılır.

Xatırladaq ki, Serj Sarkisyana qarşı cinayət işi keçən ilin sonunda başladılıb. Eks-prezident 1 milyon dollardan artıq dövlət vəsaitini mənimsəməkdə təqsirli bilinir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam