Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Deputat: -“Metronun açılması vacibdir”

“Məktəblərin açılması ilə nəqliyyatdan istifadə edənlərin sayı artacaq. Buna görə metronun fəaliyyətinin bərpa olunması olduqca vacibdir”.
Yenixeber.org: Bunu açıqlamasında Milli Məclisin deputatı, təhsil üzrə ekspert Etibar Əliyev deyib. Onun sözlərinə görə, ciddi şəkildə nəzarət etməklə metronun çalışmasına şərait yaratmaq olar.

“Məsafə gözlənilməklə, maskadan istifadə edilməklə və qatarların intensivliyini artırmaqla metronun fəaliyyəti bərpa oluna bilər. Hesab edirəm ki, Bakı şəhərində ciddi nəqliyyat problemi var. Avtobuslar bir məntəqədən digər məntəqəyə böyük yol qət edərək gedirlər. Avtobuslarda ciddi sıxlıq yaranır. Belə olan təqdirdə qeyd edilən şərtlər ödənilərməklə, metro avtobusa nisbətən daha təhlükəsiz ola bilər”.



E.Əliyev qeyd edib ki, müəllim, şagird və tələbələrin dərsə gecikməməsi üçün metronun açılması istiqamətində ciddi işlər görülməlidir.

“Bununla onlar avtobus nəqliyyat növündən asılı vəziyyətdə qalmasınlar. Bundan əlavə, məlumdur ki, heç də bütün şagirdlər evlərinin yanındakı məktəbdə tədris almır. Şagirdlər valideynlərin şəxsi maşınları ilə müxtəlif yaşayış yerlərindən məktəbə daşınırlar. Uşaqların daşınması üçün yerüstü nəqliyyatdan istifadə edilməsi tıxac yaradır. Bunun özünün də avtobusların hərəkətinə müəyyən təsiri var. Ona görə də həm deputat, həm də təhsil eksperti olaraq hesab edirəm ki, qaydalar gözlənilməklə metronun açılması vacib addımdır”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam