Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Müdafiə nazirləri razılaşdı -birgə təlimlər keçiriləcək

Müdafiə nazirləri razılaşdı, birgə təlimlər keçiriləcək
MDB, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan ölkələrin müdafiə nazirləri terrorizmə qarşı mübarizədə əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.
Yenixeber.org: Bu barədə Rusiyanın Müdafiə naziri Sergey Şoyqu bildirib.

Onun sözlərinə görə, bu qurumların ilk birgə təlimləri “Qafqaz - 2020” çərçivəsində baş tutacaq.

"Sentyabr ayının sonunda “Qafqaz -2020” strateji komanda-qərargah təlimində terrorizmlə mübarizə üzrə ortaq tapşırıqların işlənməsi təklif edildi", - deyə Şoyqu Rusiyada keçirilən MDB, ŞƏT və KTMT-nın müdafiə nazirlərinin birgə iclasının yekunları barədə danışarkən bildirib.

O əlavə edib ki, müdafiə nazirləri birgə kommünikedə terrorizm və ekstremizmə qarşı mübarizəni prioritet adlandırıblar.

İlk birgə təlimlərin hansı formatda baş tutacağı hələ dəqiqləşdirilməyib.

Qeyd edək ki, Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov da həmin iclasda iştirak edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam