Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

G7 ölkələri Navalnının zəhərlənməsini pislədi –Rusiyaya qarşı beynəlxalq təzyiqlər artır

G7 qrupuna daxil ölkələrin xarici işlər nazirləri rusiyalı müxalifət lideri Aleksey Navalnının zəhərlənməsini pisləyiblər və Rusiyanı bu “müdhiş hücumun” arxasında duranların aşkarlanmasına və cəzalandırılmasına çağırırblar.

Yenixeber.org: “Azadlıq” radiosunda xəbər verilir ki, sentyabrın 8-də verilmiş bəyanatda deyilir: "Biz G7 qrupunun üzvləri – Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Birləşmiş Krallıq və BirləşmişŞtatların xarici işlər nazirləri və Avropa İttifaqının ali komissarı Navalnının “artıq təsdiqini tapmış zəhərlənməsini” ən kəskin şəkildə pisləməkdə yekdilik”.

Kreml Aleksey Navalnının zəhərlənməsini inkar edir.

Almaniya BirləşmişŞtatların sədrliyi ilə keçirilən iclasda G7 qrupu nazirlərini Navalnının vəziyyəti barədə məlumatlandırıb. G7 nazirləri bildiriblər ki, onlar Rusiyanın bu zəhərlənmə aktının araşdırılmasına dair çağırışlara necə cavab verməsini izləyəcəklər.

Sentyabrın 8-də habelə BMT-nin insan haqlarıüzrə ali komissarı Miçelle Başelet Rusiyanı Aleksey Navalnının zəhərlənməsi ilə bağlı tam təhqiqat aparmağa çağırıb. Bəyanatda bu hadisə “sui-qəsd” cəhdi adlandırılır.

Komissar deyib ki, Almaniya ekspertləri Navalnının Noviçok kimyəvi maddəsi ilə zəhərlənməsinə dair yekdil nəticəyə gəliblər: "Sadəcə olaraq onun zəhərləndiyini inkar etməklə iş bitmir. Rusiyanın hazırkı hakimiyyəti bu cinayət üçün kimin məsuliyyət daşıdığını tam araşdırmalıdır. Bu, Rusiya torpağında baş vermis çox ciddi bir cinayətdir”.

Baçelet əlavə edib ki, indiyədək bir çox Rusiya vətəndaşları zəhərləmə ilə sui-qəsd cəhdlərinin hədəfi olublar və bu, son dərəcə narahatedici məqamdır.

Almaniyanın Avropa işləri naziri Mixael Roz sentyabrın 8-də deyib ki, Berlin Navalnının zəhərlənməsinə cavab vermək üçün ən geniş vasitələri nəzərdən keçirir. Almaniya kansleri Angela Merkel deyib ki, Rusiya bu işlə bağlı suallara cavab verə bilər və verməlidir.

BirləşmişŞtatlarda Konqresin Xarici Əlaqələr Komitəsinin respublikaçı və demokrat üzvləri ABŞ-ı Rusiyanın öz vətəndaşlarına qarşı kimyəvi silahdan istifadə etməsi iddialarını araşdırmağa çağırıblar.

Sentyabrın 8-də komitənin sədri Eliot Engel prezident Donald Trampı, əgər Rusiyanın öz vətəndaşlarına qarşı kimyəvi silahdan istifadəsi təsdiqlənərsə, Moskva üzərinə əlavə sanksiyaların qoyulmasına çağırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam