Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Məktəblilərin yaz tətili günlərində dəyişiklik edilib

 

Azərbaycanda məktəblilərin yaz tətili günlərində dəyişiklik edilib.

"Xeberinfo.com":  Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamna­məsi”ndə məktəblilərin yaz tətili günləri 17-24 mart tarixlərində təsbit olunub.

Bununla belə, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, 21-22 mart tarixlərinin istirahət günlərinə düşməsi ilə əlaqədar, bu il 5 günlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində dərslər martın 29-da başlayacaq.

6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində isə dərslərə martın 26-da start veriləcək. Bununla yanaşı, Nazirlər Kabinetinin müvafiq qərarı ilə mart ayının 27-si və 29-nun yeri dəyişdirildiyinə görə, həmin məktəblərdə martın 27-si qeyri-iş, 28 və 29-u isə iş günü hesab olunur.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam