Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Deputatın toxunulmazlığına -3 günə xitam verilə bilər

 
Milli Məclisin İntizam komissiyasının yeni hazırlanmış əsasnaməsində müraciətlərə, təqdimatlara və məlumatlara baxılması qaydası və müddətləri müəyyənləşib.
Yenixeber.org: İntizam Komissiyası tərəfindən Milli Məclisin sədrinin göndərişi əsasında Milli Məclisin deputatının toxunulmazlığına xitam verilməsi haqqında Azərbaycan Respublikasının Baş Prokurorunun təqdimatına ən geci 3 iş günü müddətində baxılacaq.

Eyni zamanda İntizam Komissiyası tərəfindən Milli Məclisin sədrinin göndərişi əsasında Milli Məclisin deputatlığından məhrumetmə ilə əlaqədar (Azərbaycan Respublikası konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 1-ci bəndinə 4-cü, 6-cı və 7-ci yarımbəndlərində göstərilən əsaslar olduqda) məsələyə 2 həftə müddətində baxılması nəzərdə tutulur.

Qeyd edək ki, sabah Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İntizam Komissiyasının birgə iclasında “Azərbaycan Respublikasının Milli Məclisinin İntizam Komissiyasının Əsasnaməsi” layihəsi müzakirəyə çıxarılacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam