Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Paşinyanın arvadı qadınları ön cəbhədə toplayır-Hərbi təlimlər keçiriləcək

 

 Ermənistan baş nazirinin həyat yoldaşı Anna Akopyan növbəti dəfə qadınlar üçün 45 günlük hərbi təlimlər keçirmək istəyir.

Yenixeber.org: Bu barədə Anna Akopyanın rəsmi saytında məlumat yayılıb.

Bildirilir ki, Ermənistan Müdafiə Nazirliyinin köməyi ilə keçiriləcək təlimlərdə kazarma şəraitində hərbi hazırlıq proqramı yerinə yetiriləcək. Təlimlərdə iştirak etmək üçün 18-27 yaş arası qadınlar A.Akopyanın saytına müraciət edə biləcəklər.

 

Təlim detallarının gizli saxlanılması üçün təlim müddətində görüşlər və ezamiyyətlər, eləcə də foto və videoçəkilişlər qadağan olunacaq. Təlimlərdən sonra iştirakçılar imtahan verərək və xidmətlərini davam etdirəcəklər.

Təlimlərdə Anna Akopyan özü də iştirak edəcək.

Qeyd edək ki, bir müddət öncə Ermənistan baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər etmişdi. Akopyan “Qadınlar sülh naminə” təşəbbüsünün ənənəvi fəalları ilə birlikdə erməni xüsusi təyinatlılarının kamuflyajını geyinərək Qarabağdakı hərbi poliqonlardan birində döyüş təlimi keçmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam