Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Azərbaycanda -terrorçuluğun maliyyələşdirilməsinə qarşı təlim başlayıb

Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsinə qarşı təlim başlayıb

Sentyabrın 21-dən Maliyyə Monitorinqi Xidməti (MMX) Lüksemburq Böyük Hersoqluğunun Təlim Mərkəzi (ATTF) ilə birlikdə “Pulların Leqallaşdırılması və Terrorçuluğun Maliyyələşdirilməsinə qarşı Mübarizə” (PL/TMM) üzrə video-konfrans formatında təlimə başlayıb.

Yenixeber.org: Təlim sentyabrın 28-nə qədər davam edəcək. 

Təlimin məqsədi “PL/TMM” əsaslarını öyrənmək, “PL/TMM” riskini azaltmaq üçün beynəlxalq təşkilatlar haqqında məlumatlılığın artırılması, müştərilərin sadələşdirilmiş və gücləndirilmiş identifikasiya və verifikasiya sisteminin məzmununun başa düşülməsini təmin etməkdir.

“PL/TMM” üzrə ekspert cənab Enrike Dominqezin apardığı təlimdə MMX, Azərbaycan Mərkəzi Bankı, digər nəzarət orqanları, habelə ölkədə fəaliyyət göstərən kommersiya bankları və maliyyə qurumlarının əməkdaşları ilə birlikdə 22 nəfər iştirak edir.

Xatırladaq ki, 1990-cı ildən bəri fəaliyyət göstərən ATTF beynəlxalq səviyyədə bank, maliyyə bazarları və digər sahəvi sektorlara aid seminarların təşkili üzrə zəngin təcrübəyə malikdir.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam