Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Putinə dedim ki, belə hallara imkan vermərik” -Casus qalmaqalı

“Putinə dedim ki, belə hallara imkan vermərik” -  Casus qalmaqalı
Prokurorluq və Milli Təhlükəsizlik Agentliyi Rusiya ticarət nümayəndəliyinin iki əməkdaşını casusluq fəaliyyətində ittiham etmək və ölkədən çıxarmaq üçün kifayət qədər məlumata sahibdir.
Yenixeber.org: Bunu Bolqarıstanın Baş Naziri Boyko Borisov deyib.

"Bir neçə il əvvəl mən Rusiya Prezidenti Vladimir Putinə dedim ki, Bolqarıstanda belə halların baş verməsinə imkan vermirik", - deyə hökumət rəhbəri bildirib.

Onun sözlərinə görə, belə hallarda prokurorluq çox sərt davranır və casusluq fəaliyyəti ilə məşğul olmaq istəyən hər kəs beynəlxalq normalara uyğun məsuliyyət daşıyır.

Bolqarıstanın Baş Naziri əlavə edib ki, əgər Milli Təhlükəsizlik Agentliyi və prokurorluq bu şəkildə hərəkət edibsə, deməli, onlarda kifayət qədər məlumatlar var.

Daha əvvəl Bolqarıstan Xarici İşlər Nazirliyi iki rus diplomatı casusluq şübhəsi ilə ölkədən çıxardığını bəyan edib. Öz növbəsində, Rusiyanın Sofiyadakı səfirliyi Bolqarıstan tərəfinin iki əməkdaşın statuslarına uyğun olmayan fəaliyyətini təsdiqləyən heç bir dəlil təqdim etmədiyini açıqlayıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova isə Moskvanın cavab tədbirlərinin olacağını diqqətə çatdırıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam