Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Əmr etdim ki, atəş açmayın” -Qırğızıstan Prezidenti xalqa müraciət etdi

“Əmr etdim ki, atəş açmayın”  - Qırğızıstan Prezidenti xalqa müraciət etdi
Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov xalqa müraciətlə çıxış edib.
Yenixeber.org: Prezident bəzi siyasi qüvvələrin gecə saatlarında dövlət hakimiyyətini qanunsuz olaraq ələ keçirməyə çalışdığını söyləyib.

Jeenbekovun sözlərinə görə, seçkilərin arxasında gizlənən siyasi qüvvələr ictimai asayişi və Bişkek sakinlərinin dinc həyatını kobud şəkildə pozdular. Etirazçılar hüquq-mühafizə orqanlarına tabe olmayıb, həkimləri döyüb, binaları dağıdıblar.

"Qan tökülməməsi üçün təhlükəsizlik qüvvələrinə atəş açmamağı əmr etdim. Vəziyyətin gərginləşməməsi üçün bütün tədbirləri gördük. Ölkədəki sülh və cəmiyyətdəki sabitlik parlament mandatından üstündür", - deyə Prezident əlavə edib.

O, MSK-ya seçkilərdə baş verən qanun pozuntularını təhlil etməyi və lazım gələrsə qərarların ləğv edilməsini təklif etdiyini söyləyib.

Jeenbekov siyasi partiyalara müraciət edərək, tərəfdarlarını sakitləşdirməyə, onları toplaşdıqları yerlərindən geri çəkilməyə çağırıb.

"Həmvətənlərimi sakit olmağa və təxribatlara uymamağa çağırıram", - ölkə başçısı deyib.

Xatırladaq ki, dünən Ala-Too meydanında müxalifət qüvvələrinin etiraz aksiyası keçirilib. Parlament seçkilərinin ilkin nəticələrindən narazı qalan sakinlər etirazlara başlayıb. Gecə etirazçılar dövlət administrasiyasının da yerləşdiyi parlament binasını ələ keçiriblər.

Daha sonra keçmiş baş nazir Sapar İsakov və sabiq prezident Almazbek Atambayev daxil olmaqla həbsdə olan bəzi siyasətçiləri sərbəst buraxıblar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam