Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ermənilər növbəti təxribatları -“Facebook” vasitəsilə törətməyə cəhd ediblər

Ermənilər növbəti təxribatları “Facebook” vasitəsilə törətməyə cəhd ediblər

Ermənistan bu dəfə “Facebook Messenger” üzərindən təxribatlarını davam etdirir.

Yenixeber.org: Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin verdiyi xəbərə görə, guya türkiyəli əsgərlərin Qarabağ müharibəsində Azərbaycan tərəfində vuruşduğunu təsdiqləmək məqsədilə Azərbaycandan olan istifadəçilərə “Messenger” vasitəsilə türk dilində səs yazıları göndərilir, eləcə də videozənglər edilir. Bu zəngləri edən şəxslər özlərini Türkiyə vətəndaşı kimi qələmə verir və qarşı tərəfdən informasiya əldə etməyə çalışırlar.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlardan xahiş edir ki, hazırkı dövrdə tanımadıqları şəxslərdən gələn mesaj və zənglərə cavab verməsinlər. Məlumatların düzgünlüyünü rəsmi mənbələrdən yoxlasınlar.

Həmçinin hər hansı kiberinsidentlə üzləşdiyinizdə və ya metodiki dəstəyə ehtiyacınız olduqda, www.cert.az saytı və ya [email protected] e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət edin.

Xahiş edirik ki, baş verən kiberinsidentlərlə bağlı ekran görüntülərini (screenshot) və digər elektron sübutları saxlayın və bizə göndərin.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam