Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Qondarma rejimin keçmiş rəhbərləri İrəvana qaçdı

 

Qarabağdakı qondarma erməni rejiminin (bu oyuncaq rejimin sonuna az qaldığına əminik,-red.) keçmiş rəhbərləri Arkadi Qukasyan və Bako Saakyan təcili qaydada Xankəndindən İrəvana gediblər. Və orada baş nazir Nikol Paşinyala görüşərək Qarabağda döyüş əməliyyatları zonasındakı vəziyyəti müzakirə ediblər.

Yenixeber.org: Bu haqda “168 jam” qəzeti öz mənbələrinə istinadən bildirir.

Məlumata görə, Qukasyan və Saakyan İrəvana həyacanlı xəbərlərlə gediblər. Həmin xəbərləri Paşinyan bir neçə saat əvvəl İrəvanda siyasi partiya nümayəndələri ilə görüşdə çatdırıb. Lakin ermənilər üçün bu bəd xəbərlərin nədən ibarət olduğunu heç kim açıqlamır.

Paşinyanın mətbuat katibi Mane Gevorkyan əvvəlcə bildirib ki, Qukasyanın və Saakyanın gəlişi haqda informasiyaya malik deyil. Lakin qəzet daha sonra qondarma rejimin keçmiş rəhbərlərinin maşınlarının hökumət binasının həyətindən çıxarkən görüntülərini təqdim edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam