Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Türk Şurasının Baş katibi Gəncəyə gəldi

 

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev Ermənistanın raket hücumuna məruz qalan Gəncəyə səfər edərək dağıntılar bölgəsində araşdırmalar aparıb.

Yenixeber.org: “Anadolu” agentliyinin verdiyi məlumata görə, o, jurnalistlərə açıqlamasında Gəncəyə hücumları kəskin şəkildə qınadıqlarını bildirib.

Dağlıq Qarabağdakı hadisələri yaxından izlədiklərini söyləyən Amreyev, “Türkdilli ölkələr, Türk dünyası və Türk Şurası Azərbaycanın işğal olunmuş ərazilərini xilas etmək hüququnu qeyd-şərtsiz dəstəkləyir. Bu müharibə qardaş Azərbaycan xalqı üçün vətən müharibəsidir. Dostumuz Azərbaycana sülh və qələbə diləyirik”, - deyə qeyd edib.

Amreyev problemin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü əsasında sülh yolu ilə həll olunmasını dəstəklədiklərini vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam