Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Gəncədə erməni təxribatı ilə bağlı BƏYANAT

 

 Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən Gəncədə həyata keçirilən birgə faktaraşdırıcı missiya ilə bağlı Ombudsman Aparatında brifinq keçirilib.
Yenixeber.org: Brifinqdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhəri və digər ərazilərini mütəmadi olaraq atəşə tutması, mülki əhali arasında tələfat və çoxsaylı dağıntılarla nəticələnən hücumlar barədə danışılıb. Brifinqdə diqqətə çatdırılıb ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini raket atəşinə tutması nəticəsində baş vermiş çoxsaylı insan tələfatı və dağıntılarla bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasının Prezidenti və Türkiyə Respublikasının Baş Ombudsmanı ilə birgə həyata keçirdiyi faktaraşdırıcı missiyanın nəticələrinə dair Bəyanat qəbul edilib.

Eyni zamanda, ombudsmanlar tərəfindən birgə faktaraşdırıcı missiyada toplanmış materiallar əsasında hazırlanacaq hesabatın beynəlxalq təşkilatlara göndəriləcəyi bildirilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam