Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Türkiyədən növbəti addım:idmançıları da Azərbaycanı dəstəklədi

 

İşğal edilmiş torpaqların azad olunması üçün Qarabağda döyüş əməliyyatları başladığı gündən indiyədək Türkiyənin müxtəlif bölgələrindən Azərbaycana dəstək tədbirləri keçirilir. Bu dəfə Düzcə Hava İdman Klubunun üzvləri səmada Azərbaycan bayrağı dalğalandıraraq dəstək nümayiş etdiriblər.

Yenixeber.org: Türkiyə mətbuatı xəbər verir ki, klub üzvlərinin həftəsonu keçirilən yarışları Azərbaycana həsr olunub.

Pilotlar Azərbaycan bayrağını dalğalandırıblar. Pilot Avnİ Uzun deyib ki, bu dəfəki tədbir digərlərindən fərqlənir. Belə ki, Azərbaycana dəstək olduqlarını ifadə etmək üçün Türkiyə bayrağı ilə yanaşı Azərbaycan bayrağını da dalğalandırmaq qərarına gəliblər: “Bununla Azərbaycandakı qardaşlarımıza dəstək olmağımızı çatdırmaq istəyirik. Bütün qəlbimizlə onlara dua edirik”.

Klubun rəhbəri Beçhan Esen isə deyib ki, idman klubu olaraq Azərbaycanın yanındadırlar. Türkiyənin milli futbol komandasının, həmçinin “Qalatasaray” klubunun keçmiş hücumçusu Ümid Karan da Azərbaycana dəstək mesajı göndərib. 44 yaşlı idmançı bildirib ki, Türkiyə bir dağ kimi Azərbaycanın arxasındadır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam