Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

 Şuşadan sonra Kəlbəcərə yol çəkilə bilər-FOTO

 

 
İşğaldan azad olunan ərazilərimizdə çoxlu sayda yolların yenidən qurulmasına və yeni yolların çəkilməsinə ehtiyac var. Füzuli–Şuşa avtomobil yolunun çəkilməsi həm iqtisadi-siyasi, həm də sosial-mənəvi baxımdan mühüm əhəmiyyət daşıyır.
Yenixeber.org: Bunu yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib. Onun sözlərinə görə, növbəti belə möhtəşəm layihə Kəlbəcər istiqamətində olmalıdır:

"Təəssüf ki, Tərtər-Kəlbəcər yolu sülhməramlıların nəzarəti altında olacaq. Ona görə də şanlı Ordumuzun etibarlı logistikasını təmin etmək, həmçinin mülki əhalinin və dövlət qurumlarının tam maneəsiz istifadəsi üçün Kəlbəcərə gedən Göygöl-Toğana-Kəlbəcər yolu mükəmməl şəkildə yenidən tikilməlidir. Bundan başqa Daşkəsənin Xoşbulaq kəndi istiqamətindən Kəlbəcərin Lev kəndi istiqamətinə yeni yol çəkilməlidir. Eyni zamanda Kəlbəcər-Laçın yolu da mükəmməl yola çevrilməlidir. Bir sözlə, yol çəkənlərimizi ağır, amma şərəfli işlər gözləyir".

Qeyd edək ki, Prezident İlham Əliyev Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstəriş verib. Artıq bu yolun inşasına başlanılıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam