Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Vətən Müharibəsində iştirak edərək yaralanan -dənizçilər ziyarət olunub

Vətən Müharibəsində iştirak edərək yaralanan dənizçilər ziyarət olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasının “Professor Əziz Əliyev” gəmisinin ikinci mexaniki Dəryanur Heybətov və Xəzər Dəniz Neft Donanmasının “General Əsədov” gəmisinin motorçusu Qabil Sadıqov Vətən Müharibəsində adını tarixə yazdıran qəhrəmanlardandır.

Yenixeber.org: Bu barədə ASCO-dan məlumat verilib.

Hər iki dənizçi haqq savaşında igidliklə döyüşərək yaralanıblar və hazırda müalicə olunurlar.

ASCO sədri Rauf Vəliyevin tapşırığı ilə Dəryanur Heybətov və Qabil Sadıqovu qurum nümayəndələri ziyarət ediblər. Həmkarları onların sağlıq durumu ilə maraqlanaraq, dənizçi kollektivi adından yaralı hərbçilərimizə təşəkkürlərini və tezliklə öz sağlamlıqlarına qovuşmalarını arzulayıblar.

Ziyarət zamanı Vətən Müharibəsində yaralanan dənizçilər Ali Baş Komandan İlham Əliyevin sayəsində Azərbaycan Ordusunun şanlı tarix yazdığını qeyd ediblər. Onlar özlərini yaxşı hiss etdiklərini, dövlətin, eləcə də tibb kollektivinin qayğısı ilə əhatə olunduqlarını ifadə ediblər. Dənizçilər göstərilən diqqətə görə ASCO ailəsinə minnətdarlıqlarını bildiriblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam