Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Qələbəyə görə veriləcək orden-medallar-SIYAHI

             

          Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Yenixeber.org: İclasda "Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi(birinci oxunuş) müzakirə olunacaq.

Qanun layihəsində aşağıdakı dəyişiklik nəzərdə tutulur:

1.1. 1-ci maddədə "Azərbaycan Respublikasının ən yüksək təltifi - "Heydər Əliyev" ordeni;" hissəsindən sonra aşağıdakı məzmunda yeni hissələr əlavə edilsin:
"Zəfər" ordeni;
"Qarabağ" ordeni;";
1.2. 2-ci maddəyə "Qızıl Ulduz" medalı;" hissəsindən əvvəl "Vətən Müharibəsi Qəhrəmanı" medalı;" hissəsi və "İgidliyə görə" medalı hissəsindən sonra aşağıdakı yeni hissələr əlavə edilsin:
"Cəsur döyüşçü" medalı;
"Döyüşdə fərqlənməyə görə" medalı;
"Suqovuşanın azad olunmasına görə" medalı;
"Cəbrayılın azad olunmasına görə" medalı;
"Xocavəndin azad olunmasına görə" medalı;
"Füzulinin azad olunmasına görə" medalı;
"Zəngilanın azad olunmasına görə" medalı;
"Qubadlının azad olunmasına görə" medalı;
"Şuşanın azad olunmasına görə" medalı;
"Kəlbəcərin azad olunmasına görə" medalı;
"Ağdamın azad olunmasına görə" medalı;
"Laçının azad olunmasına görə" medalı;
"Vətən müharibəsi iştirakçısı" medalı;
"Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" medalı;".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam