Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Toysuz evlənən cütlüklərin sayı - AÇIQLANDI

 

Məlum olduğu kimi, aylardır ki, yeni növ koronavirus (COVID-19) təhlükəsi səbəbi ilə Azərbaycanda kütləvi tədbirlərin təxirə salınması qərara alınıb.

Yenixeber.org: Xatırladaq ki, ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi (14 və 15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisna olmaqla) qadağan edilmişdi.

Rəsmi statistik göstəricilərə əsasən məlumat verilir ki, bu ilin ilk üç ayında qeydiyyat şöbələri tərəfindən 12 127, yanvar-sentyabr aylarında isə 26 312 nikah qeydə alınıb. Qeydə alınan nikahların 14 185-i “Şadlıq evləri”nin bağlı olduğu aprel-sentyabr aylarında olub.

2019-cu il yanvar-sentyabr aylarında isə qeydiyyat şöbələri tərəfindən 42 163 nikah qeydə alınıb. Bu isə o deməkdir ki, bu il 15 851 evlilik az qeydə alınıb.

Əlavə edək ki, 2020-ci ilin ilk üç ayında qeydiyyat şöbələri tərəfindən 3 823, yanvar-sentyabr aylarında isə 11 089 boşanma halları qeydə alınıb. Qeydə alınan boşanmaların sayı isə aprel-sentyabr aylarında 7 266 olub.

Bundan başqa, 2019-cu ilin yanvar-sentyabr aylarında 11 317 boşanma qeydə alınıb. Rəqəmlərdən məlum olur ki, bu il ötən illə müqayisədə say (228) azalıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam