Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Kremldən növbəti açıqlama-Putinin Əliyev və Paşinyanla dialoqu barədə

 

 “Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla intensiv telefon əlaqələrindədir”.

Yenixeber.org: “TASS” agentliyi xəbər verir ki , bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə Paşinyanın Putinlə bir saat ərzində apardığı iki telefon danışığı ilə bağlı sözlərini şərh edərkən bildirib.

“Prezidentin beynəlxalq telefon danışıqlarının hamısı barədə rəsmi açıqlamalar veririk”,- deyə Kremlin sözçüsü vurğulayıb.

O, Putinin özünün də qeyd etdiyi kimi, bu anda- Qarabağ nizamlanması prosesində Rusiya liderinin Ermənistan və Azərbaycandan olan həmkarları ilə sıx  telefon dialoqunda olduğunu sözlərinə əlavə edib.

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan öz feysbuk hesabında bir saat ərzində iki dəfə Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışdığını bildirmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam