Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Azərbaycan -Gürcüstana maye oksigen çatışmazlığını aradan qaldırmağa kömək edib

Azərbaycan Gürcüstana maye oksigen çatışmazlığını aradan qaldırmağa kömək edib

Azərbaycan ödənişsiz əsasda Gürcüstana 100 ton maye tibb oksigeni təhvil verib.

Yenixeber.org: Bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyindən bildiriblər.

Qeyd olunub ki, bu məsələnin həll olunmasında Azərbaycanın Xarici İşlər Nazirliyi və diplomatik nümayəndəlikləri fəal iştirak edib:

“Gürcüstan səfirliyi “Baku Steel” şirkətinə 100 ton maye tibb oksigenini Gürcüstandakı xəstəxanalar üçün ayırması və öz hesabına nəql etməsinə görə təşəkkürünü bildirir. Qeyd etmək lazımdır ki, bu prosesdə Azərbaycanın Nazirlər Kabineti, eləcə də İqtisadiyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, “Azərbaycan Dəmir Yolları” QSC və Dövlət Gömrük Komitəsi öz töhfəsini verib”.

Yaxın zamanlarda Azərbaycandan Gürcüstana dəmir yolu ilə müəyyən həcmdə maye tibbi oksigeninin çatdırılması nəzərdə tutulur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam