Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Erməni spikerin bu paylaşımı qıcıq doğurdu-FOTO

Bir müddət əvvəl etirazçılar tərəfindən döyülən Ermənistan parlamentinin spikeri Ararat Mirzoyanın yazıq görkəmdə fotosunu paylaşması narazılığa səbəb olub.
Yenixeber.org: Sosial şəbəkələrin erməni seqmentində onun xəsarət alan gözündən çox xalqın əl-ayağını itirən övladlarının bədəninin vacib olduğu yazılır. Ermənilər əlil qalan əsgərlər ilə Mirzoyanın fotosunu kollaj halına salaraq “kaş onların da gözünün altı qaralardı, amma sizə görə ayaqlarını itirməzdilər” deyə etirazlarını bildirirlər.

Siyasi fəal Zöhrab Yeganyan fotokollajı paylaşaraq deyib: “Millətin minlərlə qurban və şikəst qalan övladlarının olduğu bir vaxtda spikerə yazığınızın gəlməsini istəyirsiniz? Kaş hamınızın gözü zədələnərdi. Həmin gün baş verənlər arzuolunan hadisələr deyildi. Amma məsələnin dərinliyinə getməyin, “ürəkağrıdan” və axmaq şeylər yazmayın. Biz Qarabağı itirmişik, minlərlə insan itirdik, kiminsə döyülməsi bunun qarşısında ciddi bir məsələ deyil. Sağ qalması böyük şeydir”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam