Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Paşinyanın blokunun -daha bir deputatı mandatdan imtina edir

Paşinyanın blokunun daha bir deputatı mandatdan imtina edir

Ermənistan parlamentinin hakim “Mənim addımım” fraksiyasının üzvü Arqişti Mexakyan deputat mandatından imtina etmək niyyətindədir.

Yenixeber.org:  Bu barədə o, özünün feysbukdakı səhifəsində bildirib.

"Hər bir erməni kimi mən də bu reallıqla barışa bilmirəm", - deyə deputat vurğulayıb.

Onun sözlərinə görə, hazırkı vəziyyətdə problemlərin həlli üçün deputat mandatının resurslarını qənaətbəxş hesab etmir və buna görə də mandatdan imtina qərarına gəlib.

"Əmin etmək istəyirəm ki, əvvəllər olduğu kimi, gələcəkdə də, bütün səylərim və addımlar hansı sahədə işləyəcəyimdən asılı olmayaraq, vətənimizin və xalqımızın xeyrinə yönəldiləcək”, - o əlavə edib.

Qeyd edək ki, daha əvvəl “Mənim addımım” Partiyasının üzvü, deputat Qor Gevorkyan hakim fraksiyadan çıxdığını bildirib. O, bu barədə özünün feysbuk səhifəsində yazıb. Gevorkyan bundan sonra müstəqil deputat kimi fəaliyyət göstərəcəyini qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam