Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Azərbaycanla diplomatik əlaqələr qurmaq lazımdır” - Erməni deputat

Dürüst olmaq, Qarabağ müharibəsindəki məğlubiyyəti tam və məsuliyyətlə qəbul etmək lazımdır.

 Yenixeber.org: Bunu Ermənistan parlamentinin müdafiə və milli təhlükəsizlik komissiyasının sədri, hakim "Mənim addımım" fraksiyanın üzvü Andranik Koçaryan bu gün parlamentin iclasında çıxış edərkən deyib.
“Biz döyüş meydanında, həm mənəvi, həm də psixoloji olaraq məğlub olduq. Bu vəziyyətdən ən qısa müddətdə çıxmaq lazımdır. Qalib gələn tərəflə nə qədər çətin olsa da, dialoqa başlamağa çalışmaq lazımdır. Azərbaycanla diplomatik münasibətlərin qurulması gözlənilən perspektivləri dəyişdirə bilər”, - Koçaryan əlavə edib.

Onun sözlərinə görə, diplomatiya bütün iqtisadi, hərbi, mənəvi- psixoloji risklərin qiymətləndirilməsinə əsaslanmalıdır: “Ermənistanın təhlükəsizlik və müdafiə problemlərinin effektiv həlli iqtisadi inkişaf və islahatlar üçün əsas olacaqdır. İqtisadi siyasət ordunun islahatı və təhlükəsizliyin yaradılması ətrafında qurula bilər”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam