Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Ukraynada -azərbaycanlı gənc deputat seçildi

Ukraynada azərbaycanlı gənc deputat seçildi
Ukraynada yaşayan daha bir gənc soydaşımız yerli seçkilərdə qalib gəlib.
Yenixeber.org: 29 yaşlı Kamilə Əliyeva “Doğma Ev” partiyasının siyahısından Çernihiv rayon Şurasının deputatı seçilib. Bununla da Ukraynada şəhər və vilayət şuralarına seçilən azərbaycanlı deputatların sayı 10-a çatıb.

Bundan başqa, gənc soydaşımız Dinara Həbibullayeva “Avropa həmrəyliyi” partiyasından Kiyev Şəhər Şurasının, Araz Quliyev həmin partiyadan Sumı Vilayət Şurasının, Qoşqar Muxtarov “Təklif” partiyasından Dnepropetrovsk Vilayət Şurasının, Fəxrəddin Muxtarov hakim “Xalqın xidmətçisi” partiyasından Poltava Vilayət Şurasının, Teymur Abışov Ukraynanın sabiq Baş naziri “Qroysmanın Ukrayna strategiya” partiyasından Vinnıtsya Şəhər Şurasının, Ramil Ağabəyov hakim “Xalqın xidmətçisi” partiyasından Nikolayev Şəhər Şurasının, İsgəndər İsgəndərov hakim “Xalqın xidmətçisi” partiyasından Dnepropetrovsk Vilayət Şurasının, Cəlil İbrahimov “Batkevşina” partiyasından Pavlohrad Şəhər Şurasının, Kamandar Bayramov Poltava Vilayət Şurasının deputatı seçiliblər.

Daha bir soydaşımızın partiya siyahısı üzrə yerli seçkilərdə qalib gəlmək şansı var.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam