Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Arayikin -Şuşa ilə bağlı qalmaqallı səs yazısı yayıldı

Arayikin Şuşa ilə bağlı qalmaqallı səs yazısı yayıldı
Separatçı rejim rəhbəri Arayik Arutyunyanın qalmaqallı səs yazısı yayılıb.

Yenixeber.org: Erməni mətbuatında dərc edilən məqalədə Arayikin telefonda Şuşanın biabırçı şəkildə əldən getməsi, döyüşlər zamanı Ermənistanın qondarma rejimə hərbi yardım etməməsindən gileylənir.
“Telefon danışığını əks etdirən səs yazısından da göründüyü kimi Ruslan İsraelyanın səsinə bənzəyən biri yardım istəyir. Bəlkə də Ruslanın səsini qarışdırırıq. Amma xəttin digər tərəfindəki dəqiq Arayik Arutyunyanın səsidir”, - deyə məlumatda bildirilib.

“Teleqram” kanallarına naməlum şəxslər tərəfindən ötürülən gizlin yazılmış telefon danışığı ilə bağlı qeyd edilir ki, həyəcanlı şəkildə “onlar gəlirlər, onlar gəlirlər” deyib təkrarlayan şəxs Şuşada olan separatçı komandirlərdən biridir. Danışıq isə qondarma rejimin mətbuat katibi olmuş Vəhram Poqosyanın Şuşanın Azərbaycan hərbçiləri tərəfindən azad olunmasını elan etməsindən dərhal sonra baş tutub. Həmçinin səs yazısında Arayik Arutyunyan aciz şəkildə deyir ki, artıq 10 gündür Ermənistandan kömək istəyir, müraciətlərinin heç bir nəticəsi yoxdur.



Səs yazısında olan dialoqdan kiçik bir hissəni təqdim edirik:

Ruslan: Dünən zəng etdim, dedim yuxarı doğru bir kolon gedir və onlar birbaşa Şuşaya qalxdılar. Amma hamı susur, heç kim heç nə etmir...

Arayik: Ara, mən artıq 40 dəfə demişəm. Daha heç bir şey qalmadı, hər şey bitdi. Nə edim? Artileriya yoxdur, heç nə qalmayıb. Artıq Şuşaya qədər gəliblər. Bundan sonra artileriyadan harada istifadə edə bilərik? Onları Xankəndinə buraxıb deyim ki, "Oy, bəs niyə gəldiyinizi demədiniz?", biz hamımız şad olduq, xalq şad oldu?

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam