Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

“Paşinyanın devrilməsi an məsələsidir“ -Erməni mediası

“Paşinyanın devrilməsi an məsələsidir“  - Erməni mediası

Ermənistanda siyasi böhran getdikcə dərinləşir.

Yenixeber.org: Baş nazir Nikol Paşinyanın əleyhdarları artır. Paşinyan üçün ən təhlükəlisi budur ki, ona etiraz edənlərə qoşulanlar arasında Ermənistanın siyasi elitasını təşkil edən şəxslər də var və onların da sayı durmadan artır.

Erməni mediası yazır ki, artıq Ermənistanın keçmiş Baş naziri Karen Karapetyan da Paşinyana qarşı çıxıb. O, mövcud hökuməti başda Nikol Paşinyan olmaqla istefaya çağırırb.

Onun yaydığı bəyanatda bildirilir ki, Ermənistan və qondarma Dağlıq Qarabağ Respublikası (“DQR”) dərin mənəvi, psixoloji, siyasi, iqtisadi və sosial  böhran içindədir.  “Düşünürəm ki, mövcud hakimiyyət istefa vermədikcə, onun yaratdığı böhran ölkənin inkişafına əngəl olacaq”, - deyə o qeyd edib.

Keçmiş Baş nazir bildirib ki, Paşinyan hakimiyyətinin mövcudluğu hər gün ölkəyə yeni zərbələr vurur.

“Bu həyati məqamdır. Hökumət üçün vacib imtahandır. Onlar göstərməlidir ki, cılız siyasi maraqlardan üstündürlər”, - deyə Karapetyan əlavə edib.

Erməni KİV-lərində yayılan məlumatlardan belə aydın olur ki, Paşinyanın devrilməsi gün məsələsidir. Baş nazirin İrəvanaya qoşun yetirmək istəyi də göstərir ki, vəziyyət kritikdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam