Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Polis Mingəçevirdə -sərt karantin rejimi ilə əlaqədar reydləri davam etdirir

Polis Mingəçevirdə sərt karantin rejimi ilə əlaqədar reydləri davam etdirir

Mingəçevirdə sərtləşdirilmiş karantin rejimi qaydalarına riayət edilməsi məqsədi ilə Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları reydləri davam etdirir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, giriş-çıxışlarda qurulan postlarda hərəkətinə icazə verilən nəqliyyat vasitələri istisna olmaqla digərlərinin şəhərə giriş-çıxışı məhdudlaşdırılıb.

Reydlər zamanı polis əməkdaşları tərəfindən yaşadığı ünvanı tərk edən şəxslər planşet vasitəsilə yoxlanılır və SMS icazə olmadan çölə çıxanlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib edilir.

Bundan əlavə, ictimai nəqliyyatda, mağazalarda, açıq ictimai məkanlarda keçirilən nəzarət profilaktik tədbirlər zamanı tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən və ya tələb olunan normalara uyğun şəkildə taxmayan şəxslər aşkarlandıqda onlara tibbi maskadan düzgün istifadənin zəruriliyi, infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə karantin rejimi qaydalarına riayət etmələrinin vacibliyi bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam