Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ermənistanda -hərbi həkimlərin səfərbərliyi elan edilib

 

Ermənistanda dekabrın 25-dən 2021-ci il yanvarın 20-dək hərbi həkimlərin səfərbərliyi elan olunub.

Yenixeber.org: "Sputnik Armenia"nın verdiyi xəbərə görə, bununla bağlı bu gün hökumətin iclasında qərar verilib.

Ermənistan silahlı qüvvələrinin ehtiyat zabitləri sırasında olan 35 yaşadək həkimlər səfərbər ediləcəklər. Qərara əsasən, onların xidmət müddəti 2 ildir. Bu qərarla ehtiyat zabit korpusunda olan 70-ə qədər tibb mütəxəssisi səfərbərliyə cəlb olunacaq.
Eyni zamanda, dekabrın 31-də hərbi xidmətini başa vurmuş ehtiyatda olan zabitlər tərxis olunacaqlar.

Müvafiq qərara əsasən, ehtiyatda olan zabit heyəti arasında xidmətdən yayınanlar cinayət məsuliyyətinə cəlb ediləcək. Bu şəxslərin barəsində cinayət işi başlanması üçün onlarla bağlı materiallar Ermənistan İstintaq Komitəsinin müvafiq şöbəsinə göndəriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam