Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Qafandan Aqaraka gedən yol -Azərbaycanın nəzarətinə keçib

Qafandan Aqaraka gedən yol Azərbaycanın nəzarətinə keçib
Qafandan Aqarak kəndinə gedən yol tamamilə Azərbaycanın nəzarəti altına keçib, ona görə də artıq həmin yol istifadə edə bilmərik.
Yenixeber.org: Bunu Qafan meri Qevork Parsyan Ermənistan parlamentində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Qafan-Gorus, Qafan-Çakaten yolları açıqdır.

“Azərbaycan Ordusu Syunik yaşayış sahəsindən 100 metr, Qafandan isə bir kilometr məsafədə yerləşir. Bundan əlavə, ciddi bir problemlə qarşılaşdıq. Düşmən strateji əhəmiyyətli yüksəklikləri aldı, nəticədə Qafan şəhəri və digər yaşayış bölgələri Azərbaycanın hədəfinə çevrildi”, - deyə erməni mer əlavə edib.

Onun sözlərinə görə, bu gün Qafandan Aqarak kəndinə dolama yolla getmək olar, lakin həmin yol dəfələrlə uzundur və təmirə ehtiyac var: "Qışda praktik olaraq keçilməzdir. Beləliklə, Aqarak, Ujanis, Yeqvard kəndlərinin sakinləri müəyyən mənada blokadada qaldılar".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam