Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Sabah paytaxtda hansı küçələr bağlı olacaq? -AÇIQLAMA

 

20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı sabah paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.

Yenixeber.org: Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

O bildirib ki, sabah səhər saatlarından 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar keçiriləcək mərasim bitənədək Parlament prospekti ilə kəsişən və birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq:

“Belə ki, paytaxtın Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni, Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti - Şəhidlər xiyabanı istiqamətinə, Şövqiyar Abdullayev küçəsinin Parlament prospekti ilə kəsişməsindən bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq”.

“Sürücülərə bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etmələrini, ictimai nəqliyyata üstünlük vermələrini tövsiyə edirik. Eyni zamanda Şəhidlər Xiyabanını ziyarət edəcək şəxslərin Parlament prospekti ilə hərəkəti tənzimlənəcək. Sosial məsafə gözlənilməklə ziyarətçilər beş nəfərlik qruplar halında parlament prospektinə buraxılacaqlar”-, deyə V.Əsədov qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam