Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ermənistan Qarabağda ən çox itkini -hansı prezidentin dövründə verib?

Ermənistan Qarabağda ən çox itkini hansı prezidentin dövründə verib?

Ermənistanda keçmiş prezidentlər Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sarqsyan və hazırki baş nazir Nikol Paşinyanın hakimiyyətləri dövründə ölkənin cəbhədəki itkilər açıqlanıb.

Yenixeber.org: Ermənistan KİV xəbər verir ki, Baş Prokurorluq bununla bağlı jurnalistlərin sorğusunu cavablandırıb.

Belə ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın dövründə (1991-1998) ölkənin itkiləri 7 min civarında olub. Bildirib ki, həmin dönəmin itkiləri barədə rəsmi mənbələrdən məlumat almaq qeyri-mümkün olub və rəqəmlər təxminidir. Rəsmi məlumata görə, 1998-ci ildən 2008-ci ilədək ölkəyə rəhbərlik edən Robert Köçəryanın dövründə cəbhədə 92 nəfər erməni ölüb.

Üçüncü prezident Serj Sarqsyanın (2008-2018) dövründə Ermənistan 228 hərbçi itirib. Onlardan 86-sı 2016-cı ildəki Aprel döyüşlərinə məhv edilib. Digər illərin göstəriciləri isə R.Köçəryan dövrünün itkilərinə yaxındır.

Hazırkı baş nazir Nikol Paşinyan hakimiyyətə gələndən bəri ermənilərin hərbi itkiləri 5 mini ötüb. Bəzi ekspertlərin fikrincə, bu rəqəm 7 mindən çoxdur.

Beləliklə, Ermənistan KİV qeyd edir ki, ikinci və üçüncü prezidentləri dövründə ölkədə sabitlik və təhlükəsizlik təmin olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam