Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Karantin yumşalandan sonra -bölgələrə turist axını başlayıb

 
Azərbaycanda sərt karantin rejiminin yumşaldılması, şəhərlər və rayonlararası gediş-gəlişin bərpa olunması regionlara turist axınına müsbət təsir edib.
Yenixeber.org: Bunu açıqlamasında Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Ekspertlər şurasının sədri Göydəniz Qəhrəmanov deyib.

O bildirib ki, regionlarda otellər artıq yerli turistləri qəbul edir və otellərin bronlaşdırılmasında yüksək aktivlik müşahidə olunur:

"Turistlər daha çox qar yağan və qış turizminin inkişaf etdiyi rayonlara üz tuturlar. Müşahidələrimizi nəzərə alaraq, gediş-gəlişin bərpa olunmasının rayonlara səfər edən insanların sayına müsbət yöndə təsir göstərdiyini deyə bilərəm. Məktəblərdə tətillərin başlaması da aktivliyin artmasına səbəb olan amillərdən biridir. Ümumilikdə isə bir ilə yaxındır ki, pandemiya ilə əlaqədar turizm sənayesi çətinliklərlə qarşı-qarşıyadır. Bununla yanaşı turistlər də səyahət etmək məhdudiyyəti ilə üzləşirlər. Düşünürəm ki, daxili turizmin bərpası turizm sektorunda canlanmaya səbəb olacaq".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam