Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

OPEK+ monitorinq komitəsinin iclası tövsiyəsiz başa çatdı

OPEK+ nazirlərinin monitorinq komitəsinin bugünkü iclası mart ayı üçün neft hasilatı həcminə dair hər hansı bir tövsiyə olmadan başa çatıb.
Yenixeber.org: Bu barədə TASS OPEK-dəki iki mənbəyə istinadən məlumat yayıb.

Məlumata əsasən, nazirlər neft bazarındakı cari vəziyyətlə bağlı OPEK katibliyinin hesabatını müzakirə edib və hasilat kvotası üzrə tövsiyələri aşan ölkələri izafi neft hasilatını kompensasiya etməyə çağırıblar.

Bir saatdan artıq davam edən görüşdə mart ayı üzrə neft hasilatı kvotası ilə bağlı heç bir tövsiyə xarakterli qərar qəbul olunmasa da, martın 3-də monitorinq komitəsinin, martın 4-də isə artıq nazirlərin görüşünün keçiriləcəyi dəqiqləşdirilib. Sonuncu tədbir zamanı aprel üzrə hasilat barədə qərarın qəbul olunacağı gözlənilir.

Qeyd edək ki, OPEK+ nazirlərinin monitorinq komitəsinə sazişdə iştirak edən 23 ölkədən 8-i daxildir. Rusiya və Səudiyyə Ərəbistanının başçılıq etdiyi komitənin əsas funksiyası razılaşmaya əməl olunmasına nəzarət etməkdir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam