Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Səfir: -"Ukrayna Qarabağın bərpasında Azərbaycana kömək etməyə hazırdır"

 

“Azərbaycan Cənubi Qafqaz regionunda Ukraynanın əsas tərəfdaşıdır”.

Yenixeber.org: Bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski bu gün keçirilən “Azərbaycan və Ukraynanın diplomatik münasibətləri dünənin və bu günün inikasında” adlı birgə onlayn konfransında bildirib.

Əməkdaşlıq illərində iki ölkə arasında qarşılıqlı hörmət və dostluq münasibətlərindən başqa çox şeyin dəyişdiyini qeyd edən diplomat qarşılıqlı faydalı əlaqələrin sürətli inkişafının böyük əhəmiyyətini bir daha vurğulayıb.

Azərbaycanın Cənubi Qafqaz regionunda Ukraynanın əsas tərəfdaşı olduğunu diqqətə çatdıran diplomat Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə dəstəklədiklərini, işğaldan azad edilmiş ərazilərin bərpasında kömək olmağa hazır olduqlarını diqqətə çatdırıb.

“Ölkələrimiz iqtisadi baxımdan bir-birini tamamlayır”, - səfir qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam