Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

İlham Əliyevdən -iranlı jurnalistə sərrast cavab

İlham Əliyevdən iranlı jurnalistə sərrast cavab

Azərbaycan Prezidenti İlham Əliyevin bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında “İran xəbər agentliyi”nin müxbiri Azərbaycan Prezidentinə “Cənab Prezident, hazırda terrorçuluq beynəlxalq icma üçün böyük bir çağırışdır. Dağlıq Qarabağ müharibəsində terrorçu qrupların iştirakı barədə xəbərlər yayılmışdı və bu da regional ölkələrə təsir göstərib. Hansı kollektiv şəkildə tədbirlər aparılmalıdır ki, bu cür çağırışa cavab verilsin və Azərbaycan Respublikası bu konteksdə hansı tədbirləri atmalıdır?” sualını verib.

Yenixeber.org: Prezident İlham Əliyev jurnalistin “sualına” cavab verib. Prezident əvvəlcə “sualı” aydınlaşıdırmaq istəyib: "Siz terrorçu qruplar barədə “hesabatlar” dedikdə bəzi istinadlar vermisiniz. Siz dəqiqləşdirə bilərsiniz hansı “hesabatlar” barədə danışırsınız?"

Daha sonra Prezident mikrofonun həmin “jurnalist”ə ötürülməsini istəyib.

Jurnalist isə deyib: “Biz bəzi “hesabatlar”da, regional xəbər agentliklərindən bunu eşitmişik. İcazə versəniz, mən onları söyləməzdim”.

Daha sonra çıxış edən Prezident İlham Əliyev deyib ki, “sizin “sualınız” bir növ ittihama bənzəyir. Ona görə mən bilmək istəyirəm, hansı “hesabatlar”a istinad edirsiniz? Çünki bəzi hesabatlar sözünü hamı deyə bilər. Siz mənə mənbə verə bilərsiniz? Heç olmasa, bir mənbə”.

Jurnalist daha sonra Prezident İlham Əliyevin ona ünvanladığı sualdan boyun qaçıraraq, Prezidentdən növbəti sualına cavab verməyi xahiş edib.

Prezident deyib: “Təəssüf edirəm ki, dost ölkədən olan jurnalist belə bir sual verir. Azadolunma əməliyyatında heç bir terrorçu iştirak etməyib. Bunun heç bir sübutu yoxdur. Bu, sadəcə olaraq Azərbaycanı ittiham etməkdir.  Bu, Ermənistan tərəfindən ediləndə anlaşılandır. Onlar üçün ağrılı məsələdir ki, onları Azərbaycan əsgəri məhv edib. Sizə tövsiyəm o olardı ki, spekulyasiyalarla məşğul olmayasınız.  

Siz xanım olaraq dost ölkədən gəlmisiniz. Xahiş edirəm, sualınızda məsuliyyətli olasınız”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam