Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Qasparyanın qızı Paşinyanı gülüş obyektinə çevirdi-"Güldüm, xeyli güldüm"

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyanın qızı baş nazir Nikol Paşinyanın atasına qarşı ittihamlarına reaksiya verib.
Yenixeber.org: "Sputnik Ermənistan" bildirir ki, Onik Qasparyanın qızı Asmik atasını xain adlandıran Nikol Paşinyanı tənqid edib.

"Bir gün fərarilik edən biri hakiminiz olarsa, təəccüblənməyin. Bir qrup fərarilik edənlərin vətənin müdafiəçilərindən danışarkən onları xain adlandırması gülüncdür. Yeri gəlmişkən, bu cür insanların intonasiyası birbaşa cəbhə xəttindən uzaqlaşma dərəcəsindən asılıdır. Güldüm, xeyli güldüm", - deyə Asmik "Facebook" səhifəsində yazıb.

Qeyd edək ki, bu gün İrəvandakı Respublika meydanında keçirilən mitinqdə baş nazir Nikol Paşinyan Baş Qərargah rəisi Qasparyanın Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın təzyiqi altına düşdüyünü, bu səbəbdən ona qarşı istefa bəyanatı verdiyini bildirib. Paşinyan Qasparyanın hərəkətlərini "xainlik" adlandırıb və onun vəzifədən getməli olduğunu bəyan edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam